Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum şəhərində Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının iclas salonunda "İmtidade məktəbe imameyne inqilab" (İnqilab İmamları məktəbinin həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei rəhbərliyi ilə davamı) adlı kitabın təqdimat və müzakirə toplanması keçirilib. Toplantıda Höccətül-İslam vəl-müslimin Nəcəf Ləkzayi, Səid Sülhmirzayi, Əhməd Kövsəri və əsərin müəllifi iştirak ediblər.
İclas iştirakçıları üçüncü İslam İnqilabı rəhbərinin elm, fiqh və idarəçilik təcrübələrinin müxtəlif tərəflərini araşdıraraq bu əsəri ilahi peyğəmbərlərin və Məsum İmamların (ə) yolunun müasir dövrdə davamının daha dərindən tanınması istiqamətində mühüm addım kimi qiymətləndiriblər.
İslam Elmləri və Mədəniyyəti Tədqiqat Mmərkəzinin rəhbəri Höccətül-İslam vəl-müslimin Nəcəf Ləkzayi çıxışının əvvəlində İslam sistemində rəhbərliyin mühüm mövqeyinə toxunaraq bildirib ki, bu məqam ilahi peyğəmbərlərin və Əhli-Beytin (ə) hərəkatının davamıdır.
O, Şura surəsinin 13-cü ayəsinə istinad edərək vurğulayıb ki, rəhbərlərimiz hər şeydən əvvəl “Qurani rəhbərlərdir” və İslam məktəbini vəhy təlimləri çərçivəsində yenidən inşa edirlər:
««شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ...»»
“Şura surəsi, 13-cü ayə
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (peyğəmbər) seçər və Ona yönələni doğru yola yönəldər.”
(Şura, 13)
İslam ümmətinin rəhbərliyi yalnız bir ölkənin sərhədləri ilə məhdudlaşmır
Höccətül-İslam vəl-müslimin Nəcəf Ləkzayi əlavə edib ki, Qurani-Kərim və rəvayətlər baxımından İslam ümmətinin rəhbərliyi yalnız bir ölkənin sərhədləri daxilində məhdudlaşmır, əksinə, bu rəhbərlik bütün dünyada din ardıcıllarının hidayəti üçün qlobal və sərhədləri aşan bir məsuliyyətdir.
Düşməni tanıyan və bəsirətli xalqın yetişdirilməsi
O bildirib ki, rəhbərliyin ən mühüm uğurlarından biri “mədəniyyət və cihad düşüncəsinə sahib” bir nəslin yetişdirilməsidir. Rəhbərlik düşməni tanıyan, vilayət cərəyanını dərk edən və İmamın naibini birbaşa görmədən belə bəsirətlə onun arxasınca hərəkət edən bir xalq formalaşdırmağa nail olmuşdur.
İslam Elmləri və Mədəniyyəti Tədqiqat mərkəzinin rəhbəri sonda qeyd edib ki, bu əsərin gələcək nəşrlərində mövzular daha çox strateji və Qurani təhlillər istiqamətində inkişaf etdirilməlidir.
Daha sonra Ekspertlər Məclisinin üzvü və İnqilab rəhbərinin əsərlərinin qorunması və nəşri ofisinin rəhbəri höccətülislam vəl-müslimin Səid Sülfhmirzayi çıxış edərək bildirib ki, İnqilab imamlarının rəhbərliyi ilahi peyğəmbərlərin, Məsum İmamların (ə) hərəkatının davamı olmaqla yanaşı, həm də qeyb dövründə şiə rəhbərlərinin tarixi yolunun davamıdır.
O əlavə edib: Bütün imamlarımız bir nurdur və imamət dövrünün başlanğıcından kiçik qeyb dövrünün başlanmasına qədər uzanan “iki yüz əlli illik bir insan” həqiqətini formalaşdırırlar. Hətta mübaliğəsiz demək olar ki, bizim “min iki yüz illik bir insanımız” da vardır. Bu anlayış qeyb dövrünün başlanğıcından etibarən şiə rəhbərlərinə aiddir. Hicri-qəməri 250–260-cı illərdə şiələrin zahiri şəkildə İmamın hüzurundan bəhrələndiyi dövrün sonundan bu günədək. Təxminən 1200 ildir ki, şiə rəhbərlərinin hər biri öz imkanları, elmi səviyyəsi və idarəçilik qüdrəti ölçüsündə, müxtəlif şəraitlərdə, bəzən ağır təzyiq altında, bəzən isə gizli və qaçaq vəziyyətdə qeyb dövründə üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışmışlar.
İslam İnqilabı imamlarının fərqli xüsusiyyəti
Ekspertlər Məclisinin üzvü daha sonra İslam İnqilabının rəhbərlərinin mühüm və fərqli xüsusiyyətinə toxunaraq deyib: Bizim İnqilab rəhbərimizin hərəkatı hicri-şəmsi 1341-ci ildə (1962–1963) başlayıb və artıq altmış ildən çoxdur ki, şiəlik tarixində yeni bir təcrübə formalaşdırmışıq. Bu prosesdə təşkilatlanmış və sistemli bir hərəkata nail olduq və hicri-şəmsi 1357-ci ildə (1979) İslam dövləti quruldu. Bu dövlət quruluşu çərçivəsində dünyaya yeni bir söz təqdim edə bildik və “Nə Şərq, nə Qərb” şüarını həqiqi mənada gerçəkləşdirdik.
Höccətül-İslam vəl-müslimin Səid Sülhmirzayi İnqilab rəhbərlərinin davranış üslubunda müəyyən prinsip və siyasətlərin mövcud olduğunu vurğulayaraq bildirib: İnqilab rəhbərinin davranışlarına nəzər saldıqda görürük ki, onların hərəkətlərini nizama salan müəyyən siyasətlər və davranış prinsipləri mövcuddur. Əziz qardaşımız Höccətül-İslam Piri tərəfindən hazırlanmış kitabda bu prinsiplərin bir qismi çıxarılıb və izah olunub. Məsələn, “dini xalq hakimiyyətinə bağlılıq” İnqilab imamlarının hərəkət istiqamətini müəyyən edən əsas davranış prinsiplərindən biridir.
Qum Elmi Hövzəsinin müəllimi əlavə edib ki, bu davranış prinsipləri tarix boyu şiə rəhbərlərinin qeyb dövründə keçdiyi yolun davamıdır və bu gün xalq yönümlü dini sistem formasında öz bəhrəsini vermişdir.
İslam İnqilabı modelində idarəçiliyin əxlaqi və şəri tələbləri
Höccətül-İslam vəl-müslimin Sülhmirzayi İslam İnqilabı səviyyəsində idarəçilikdə əxlaq və şəri tələblərə toxunaraq bildirib: Əxlaqın qorunması və şəriətə bağlılıq İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin nəzərdə tutduğu idarəçilik sistemində qaçılmaz əsas prinsiplərdəndir.
Ekspertlər Məclisinin üzvü qeyd edib ki, bütün bu prinsiplər vahid bir mənbədən, yəni tövhidə əsaslanan dəyər və düşüncə sistemindən qaynaqlanır və məhz həmin əsas sistem ümumi idarəçilik modelini müəyyən edir.
O, İnqilab rəhbərinin yəni, İmam Xomeyni və Ayətullah Seyid Əli Xameneinin çıxışlarına istinad edərək vurğulayıb ki, bu dünyagörüşü insanın üzərinə böyük və fundamental missiyalar qoyur.
Bu çərçivədə şəhid rəhbərin iki mühüm çıxışına (12 Azər 1379 / 2 dekabr 2000 və 10 Azər 1389 / 1 dekabr 2010) işarə edərək bildirib ki, həmin çıxışlarda bir neçə əsas prinsip bəyan olunmuşdur:
1. Tövhid və ölümdən sonrakı həyata iman
(dünya və axirətin bir əskinasın iki üzü olması prinsipi ilə)
2. Haqq cəbhəsinin daim qələbəyə doğru irəliləyən bir hərəkət olması
3. İnsanın Allah yanında əziz və dəyərli varlıq olması
(“İslam insanmərkəzçilik” anlayışı ilə, hansı ki, Qərb humanizmindən köklü şəkildə fərqlənir) və insanın sonsuz inkişaf potensialına malik olması.
Höccətül-İslam vəl-müslimin Səid Solhmirzayi bildirib: İmamlarımızın (ə) hamısı vahid nurun təcəllisidir və imamət dövrünün başlanğıcından kiçik qeybət dövrünədək uzanan “iki yüz əlli illik bir insan” həqiqətini formalaşdırırlar. Hətta mübaliğəsiz demək olar ki, “min iki yüz illik bir insan” anlayışı da mövcuddur. Bu anlayış qeybət dövrünün başlanğıcından etibarən şiə rəhbərlərinin davam edən tarixi yoluna işarə edir.
O qeyd edib ki, hicri-qəməri 250–260-cı illərdə şiələr zahiri şəkildə İmamın (ə) hüzurundan bəhrələnirdilər. Həmin dövrdən bu günədək təxminən 1200 il ərzində şiə alimləri və rəhbərləri müxtəlif şəraitlərdə, bəzən ağır təzyiq və zorakılıq altında, bəzən isə gizli və təhlükəli şəraitdə öz imkanları, elmi və idarəçilik bacarıqları çərçivəsində qeybət dövrünün məsuliyyətini yerinə yetirməyə çalışıblar.
İnqilab rəhbərinin seçkin xüsusiyyəti
Ekspertlər Məclisinin üzvü əlavə edib ki, İnqilab rəhbərinin hərəkatı şəmsi 1341-ci ildən (1962–1963) başlanmış və artıq altmış ildən çoxdur ki, şiə düşüncəsinin yeni təcrübəsini ortaya qoymuşdur. Bu proses nəticəsində təşkilatlanmış və sistemli bir hərəkat formalaşmış, 1357-ci ildə (1979) isə İslam sistemi qurulmuşdur. Bu siyasi və ictimai quruluş vasitəsilə dünyaya yeni bir söz təqdim edilmiş və “Nə Şərq, nə də Qərb” şüarı əməli şəkildə gerçəkləşdirilmişdir.
Höccətül-İslam vəl-müslimin Səid Solhmirzayi vurğulayıb ki, İnqilab imamlarının davranış və rəhbərlik üslubunda müəyyən prinsip və siyasətlər mövcuddur. Onun sözlərinə görə, bu prinsiplər onların bütün ictimai və siyasi davranışlarını istiqamətləndirir. O, Höccətül-İslam Piri tərəfindən qələmə alınmış kitabda həmin prinsiplərin bir qisminin çıxarıldığını bildirib və “İslam prinsiplərinə əsaslanan xalq hakimiyyətinə sadiqlik” prinsipini bu əsas siyasətlərdən biri kimi təqdim edib.
İnqilab səviyyəli hakimiyyətin əxlaq və şəri əsasları
O əlavə edib ki, əxlaq və şəriətə bağlılıq İmam Xomeyni və Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən təqdim olunan hakimiyyət modelinin ayrılmaz əsaslarındandır.
Onun sözlərinə görə, bu prinsiplərin hamısı tövhid mərkəzli vahid dəyər və dünyagörüşü sistemindən qaynaqlanır və məhz həmin əsas dünyabaxışı hakimiyyətin ümumi istiqamətini müəyyənləşdirir.
Dünyada tövhidin gerçəkləşməsi İnqilab rəhbərinin əsas hədəfidir
Höccətül-İslam vəl-müslimin Səid Solhmirzayi bildirib ki, İnqilab rəhbərinin əsas hədəfi yer üzündə tövhidin gerçəkləşməsidir. O xatırladıb ki, şəhid rəhbərlə Ekspertlər Məclisinin Rəyasət Heyyətinin üzvlərinin son görüşündə də bu məsələ xüsusi vurğulanmış və bildirilmişdi ki, bu sistemin əsas vəzifəsi tövhidi həyata keçirməkdir.
Yeni İslam sivilizasiyası və “Pak və bərəkətli həyat”
O əlavə edib ki, İnqilab imamlarının digər əsas hədəfi insanı və cəmiyyəti “Pak və bərəkətli həyat”a çatdırmaqdır. Qeybət dövründə bu saf və mənəvi həyatın təcəllisi məhz yeni İslam sivilizasiyası hesab olunur və sistemin ali məqsədi də buna nail olmaqdır.
Sonda Höccətül-İslam Piri bildirib ki, “İnqilab rəhbərinin məktəbinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyi ilə davamı” adlı kitab üç fəsildən ibarətdir. Kitabın ilk fəslində İmam Xomeyni dövründən başlayan rəhbərlik prosesi, “şəhid rəhbər” mərhələsi və hazırkı rəhbərlik dövrü araşdırılır, son 47 ildə baş verən dəyişikliklər müxtəlif istiqamətlərdən təhlil edilir.
Müəllif qeyd edib ki, kitabda rəhbərin elmi və fiqhi şəxsiyyəti, ictimai münasibətləri və idarəçilik təcrübələri geniş şəkildə araşdırılıb. Üçüncü fəsildə isə əsasən müxalif media tərəfindən irəli sürülən şübhələrə cavab verilir.
Rəyiniz